Araz Supermarket — Vakansiya
Vakansiya · kadr.az
Təhlükəsizlik Əməliyyatları Mərkəzinin şöbə müdiri
Araz Supermarket
Razılaşma
kadr.az
Elan #20789
08.07.2026

Əsas məlumatlar
Şəhər
Bakı
Yaş aralığı
Cins
Fərqi yoxdur
Kateqoriya
İnformasiya Texnologiyaları
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis
Təhsil
Ali
İş təcrübəsi
5 ildən artıq
Elan tarixi
08.07.2026
Bitmə tarixi
08.08.2026
Əlaqədar şəxs
HR
Telefon
--
E-mail
Career@retail.az
Veb sayt
www.arazmarket.az
İş barədə məlumat

Ümumi məlumat

  • Araz Supermarketlər Şəbəkəsi "Təhlükəsizlik Əməliyyatları Mərkəzinin şöbə müdiri" vakansiyası üzrə işə qəbul elan edir!

Öhdəliklər

  • Təhlükəsizlik insidentlərini idarə etmək, eskalasiya proseslərini koordinasiya etmək və biznes təsirini minimuma endirmək.
  • TƏM idarəçiliyi üzrə siyasət, prosedur və beynəlxalq standartların tətbiqinə rəhbərlik etmək.
  • Threat Intelligence, DLP, SIEM və girişlərin idarə edilməsi (access management) üzrə əməliyyat proseslərinin effektivliyinə nəzarət etmək.
  • Xarici pentest, audit və uyğunluq fəaliyyətlərini koordinasiya etmək.
  • Bulud infrastrukturunun (Azure, M365, Intune) təhlükəsizlik konfiqurasiyasına və uyğunluğuna nəzarət etmək.
  • Bulud mühitlərində identifikasiya və giriş idarəetməsinin (IAM, Conditional Access) standartlara uyğunluğunu təmin etmək.
  • Bulud resurslarının təhlükəsizlik qiymətləndirməsini (CSPM) mütəmadi həyata keçirmək və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasını koordinasiya etmək.
  • Hibrid mühitdə (on-premise və bulud) vahid təhlükəsizlik siyasətlərinin tətbiqini təmin etmək.
  • İnformasiya fərqindəliyi maarifləndirmə proqramlarını və fişinq simulyasiyalarını təşkil etmək.
  • Tərəfdaş şirkətlərin təhlükəsizlik uyğunluğuna nəzarət etmək (supply chain monitoring).
  • Daxili maraqlı tərəflərlə (IT, Risk, Hüquq, Daxili Nəzarət) effektiv əməkdaşlıq kanallarını qorumaq.
  • Dəyişən kibertəhlükə mənzərəsinə uyğun olaraq şöbənin strateji çevikliyini təmin etmək.

Təminatlar:

  • Nahar ilə təmin edilmə
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı
  • 5 günlük iş qrafiki
  • Servis xidməti mövcuddur
Namizədlərə tələblər
  • Ali təhsil
  • Liderlik və komandanı motivasiya etmə bacarığı
  • Effektiv ünsiyyət və təqdimat bacarığı
  • Qərarvermə və məsuliyyət götürmə bacarığı
  • Problem həll etmə bacarığı
  • İnformasiya təhlükəsizliyi sahəsində minimum 5 il təcrübə
  • SIEM sistemlərinin (IBM QRadar və ya analoji) idarə edilməsi təcrübəsi.
  • Endpoint Detection & Response (EDR/XDR) platformaları üzrə praktiki bilik.
  • DLP sistemlərinin tətbiqi və idarə edilməsi təcrübəsi.
  • Bulud təhlükəsizliyi (Azure, M365) və hibrid mühit üzrə bilik.
  • Şəbəkə təhlükəsizliyi (Firewall, IDS/IPS) üzrə praktiki təcrübə.
  • IAM, Conditional Access və Privileged Identity Management üzrə bilik.
  • Threat Intelligence və insidentlərə cavab (Incident Response) prosesləri üzrə təcrübə.
  • CISSP, CISM, Microsoft SC-100/AZ-500, Security X, OSDA və ya analoji sertifikatlar.
  • Analitik düşüncə və risk qiymətləndirmə qabiliyyəti.
  • Texniki məlumatları biznes dilinə çevirmək bacarığı.
  • Maraqlı tərəflərlə effektiv kommunikasiya bacarığı.
  • Dəyişən mühitdə çevik qərar qəbul etmə qabiliyyəti.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Təhlükəsizlik Əməliyyatları Mərkəzinin şöbə müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Career@retail.az elektron poçt ünvanına göndərə bilərlər. 

Yeni vakansiyalardan daha tez xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyə bilərsiniz:
 

kadr.az — Kadr Portali 08.07.2026