Vəzifənin məqsədi:
- Ev & Yaşam, Dekor Aksesuarları və Bayram Hədiyyəlikləri kateqoriyaları üzrə məhsul portfelinin formalaşdırılmasını, inkişafını və effektiv idarə olunmasını təmin etmək, satışların və mənfəətliliyin artırılmasına nail olmaq, bazar tələbatına uyğun assortiment strategiyasını həyata keçirmək və kateqoriyaların davamlı inkişafını təmin etmək.
Əsas fəaliyyət istiqamətləri:
Ümumi idarəetmə:
- Təhkim olunmuş kateqoriyalar üzrə inkişaf strategiyasını hazırlamaq və icrasını təmin etmək;
- Kateqoriyalar üzrə satış, marja, mənfəətlilik və stok göstəricilərini təhlil etmək, nəticələrə uyğun fəaliyyət planları hazırlamaq;
- Kateqoriyalar üzrə aylıq, rüblük və illik planların hazırlanmasında iştirak etmək, faktiki nəticələri təhlil etmək və rəhbərliyə hesabatlar təqdim etmək;
- Bazar tendensiyalarını, müştəri tələbatını və rəqabət mühitini izləmək, kateqoriyaların inkişafına yönəlmiş təşəbbüslər irəli sürmək;
- Kateqoriyalar üzrə məhsul portfelinin optimallaşdırılmasını, assortimentin inkişafını və kommersiya effektivliyinin artırılmasını təmin etmək.
Təchizatçıların idarə olunması:
- Yerli və xarici təchizatçılarla əməkdaşlıq münasibətlərini qurmaq və inkişaf etdirmək;
- Qiymət, ödəniş, logistika və kommersiya şərtləri üzrə danışıqlar aparmaq;
- Yeni təchizatçıların araşdırılmasını, seçilməsini və qiymətləndirilməsini həyata keçirmək;
- Təchizatçı performansını qiymətləndirmək və effektivliyin artırılması istiqamətində tədbirlər görmək.
Satış, stok və qiymət idarəçiliyi:
- Kateqoriyalar üzrə satış planlarının hazırlanmasında iştirak etmək və icra göstəricilərinə nəzarət etmək;
- Satış, marja və mənfəətlilik göstəricilərini müntəzəm təhlil etmək, nəticələrə uyğun tədbirlər həyata keçirmək;
- Qiymət strategiyasının hazırlanmasında iştirak etmək, qiymət dəyişikliklərini bazar şəraiti və kommersiya məqsədlərinə uyğun şəkildə idarə etmək;
- Stok səviyyələrinin optimallaşdırılmasını təmin etmək, artıq və ya çatışmayan stok risklərini minimuma endirmək;
- Məhsul sifarişlərinin planlaşdırılmasını həyata keçirmək və məhsul mövcudluğunu təmin etmək;
- Məhsulların dövriyyə sürətini izləmək, zəif performans göstərən məhsullar üzrə təhlillər aparmaq və müvafiq təkliflər hazırlamaq;
- Kampaniya və aksiyalar üzrə məhsul təklifləri hazırlamaq, nəticələrini təhlil etmək və effektivliyini qiymətləndirmək;
- Satış komandası ilə koordinasiyalı fəaliyyət göstərərək kateqoriyalar üzrə satış hədəflərinə nail olunmasını dəstəkləmək.
Analitika və hesabatlılıq:
- Satış, stok, marja və məhsul performansı üzrə müntəzəm hesabatlar hazırlamaq;
- Bazar və rəqib araşdırmaları aparmaq, bazar tendensiyalarını izləmək;
- Kateqoriyalar üzrə aylıq və rüblük performans hesabatlarını rəhbərliyə təqdim etmək;
- Məhsul qruplarının effektivliyini qiymətləndirmək və inkişaf təklifləri hazırlamaq.
Məhsul portfelinin və assortimentin idarə olunması:
- Təhkim olunmuş kateqoriyalar üzrə məhsul portfelinin formalaşdırılmasını, inkişafını və optimallaşdırılmasını təmin etmək;
- Bazar tələbatına, müştəri ehtiyaclarına və satış göstəricilərinə uyğun məhsul assortimentini idarə etmək;
- Yeni məhsulların seçilməsi, qiymətləndirilməsi və assortimentə daxil edilməsini təmin etmək;
- Mövcud məhsul portfelinin effektivliyini təhlil etmək, zəif performans göstərən məhsullar üzrə müvafiq qərarlar qəbul etmək;
- Mövsümi, bayram və xüsusi kampaniyalar üçün məhsul planlamasını həyata keçirmək;
- Məhsul həyat dövrünü (Product Life Cycle) izləmək və kateqoriyalar üzrə inkişaf imkanlarını müəyyənləşdirmək;
- Kateqoriyalar üzrə məhsul yerləşdirməsi, çeşid dərinliyi və məhsul balansının kommersiya məqsədlərinə uyğun formalaşdırılmasını təmin etmək;
- Məhsul portfelinin satış, marja və rentabellik göstəricilərinə təsirini qiymətləndirmək və inkişaf təklifləri hazırlamaq.