İşçilərin əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir.
Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi prosesini rəsmiləşdirir
Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir
Zavod üzrə keçiriləcək təlimlərin planını tərtib edir və icra prosesini izləyir
İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikini tərtib edir
Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır
Şöbənin rəsmi əməliyyatlarının ƏMAS portalında qeydiyyatını aparır;
İş qrafiki:
Həftədə 5 gün / 8 saat: saat 09:00-dan 18:00-a qədər. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
İstirahət günü: Şənbə və Bazar günü
Namizədlərə tələblər
Bilməlidir:
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Təsərrüfat xidmətləri işinin yerinə yetirilməsinin təşkilini
Yuxarı orqanların qərar, sərəncam və göstərişlərini; idarə, təşkilat və müəssisələrin inzibati-təsərrüfat xidmətinə dair metodiki, normativ və başqa göstərişverici materialları, idarə, təşkilat və müəssisənin quruluşunu və onun inkişaf perspektivlərini, digər təşkilatlarla müqavilələrin bağlanması qaydalarını və tərtibini
ƏMAS portalında sərbəst işləmək bacarığı
Namizədə tələblər:
Ali təhsil
İngilis dili biliyi yüksək səviyyədə, Rus dili biliyi üstünlükdür
MS Office proqramları
Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
İxtisas: İqtisadiyyat və idarəetmə
Namizədlərin dəyərləndirilmə prosesi:
Birinci mərhələ - Əmək məcəlləsindən test imtahanı, İnsan resursları şöbə rəsi ilə müsahibə
İkinci mərhələ - Zavod müdiri ilə görüş, İşə qəbul
Təminatlar:
Nahar və servis (Bakı şəhəri üzrə) şirkət tərəfindən verilir;
Tələblərə uyğun gələn namizədlər CV-lərini “İnsan Resursları üzrə mütəxəssis” başlığı altında qeyd edərək, qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. AZ 5000. Azərbaycan Sumqayıt Kimya Sənaye Parkı.