İş təcrübəm ərzində təşkilati işlərin koordinasiyası, rəsmi yazışmaların aparılması, məlumatların hazırlanması və insanlarla effektiv ünsiyyət qurulması istiqamətində təcrübə qazanmışam.
Məsuliyyətli, təşəbbüskar və öyrənməyə açıq biriyəm. Komanda ilə işləməyi, yeni biliklər əldə etməyi və qarşıma qoyulan tapşırıqları vaxtında, keyfiyyətlə yerinə yetirməyi önəmli hesab edirəm. Yeni bilik və bacarıqlarımı inkişaf etdirərək çalışacağım qurumun fəaliyyətinə töhfə verməyi hədəfləyirəm.