-1C 8.3 proqramında gündəlik mühasibat uçotu əməliyyatlarının aparılması;
- Bank köçürmələrinin həyata keçirilməsi;
- Debitor və kreditor borclarının uçotu və hesablaşmaların aparılması;
- İdxal və ixrac bəyannamələrinin işlənilməsi, eləcə də digər zəruri sənədlər
əsasında məhsulların maya dəyərinin formalaşdırılması;
- Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiyanın hesablanması və
silinməsi;
- İnternet Vergi İdarəsi Portalı ilə işləmək, elektron qaimə-fakturaların
tərtib edilməsi və göndərilməsi;
- Mühasibat və maliyyə hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim
edilməsi;
- Əməkhaqqı, məzuniyyət, ezamiyyə və bonus ödənişlərinin hesablanması;
- Kredit əməliyyatlarının uçotu, əsas borc və faiz məbləğlərinin mühasibat
uçotunda düzgün əks etdirilməsi;
- Aylıq, rüblük və illik vergi hesabatlarının (ƏDV, ÖMV, Mənfəət (Gəlir)
Vergisi, Vahid Bəyannamə, Dövlət Statistika və Məcburi Dövlət Sosial
Sığorta hesabatları) hazırlanması və təqdim edilməsi;
- Dövlət orqanları ilə rəsmi yazışmaların aparılması.