Sizə heç vaxt heç kim bunu öyrətməyib. Esquire nəşrinin redaktoru Ross Makkammon müsahibələr, ofis işlərinin xüsusiyyətləri və həmkarlar və müştərilərlə ünsiyyət barədə ağıllı, gülməli və faydalı bir kitab yazıb. “Onlarda belə qəbul edilib” kitabından “iclaslarda özünü necə aparmalı və həmkarlara nələri demək olmaz”la bağlı bir hissəni diqqətinizə çatdırırıq.
Zamanında necə susmalı
Esquirenin redaksiyasında hər həftə istehsalat iclası keçirilir, orada redaktorlar və dizaynerlər əsas layihələrin cari vəziyyətini müzakirə edirdilər. Məqsəd ondan ibarət idi ki, redaksiyanın hər bir rəhbər işçisinin gözləri qarşısında özünün cari işləri ilə bağlı məsuliyyət daşımalı olduğu hansısa “yol stansiyasının” bir obrazı canlansın. Belə təxmin edilirdi ki, iclaslarda əməkdaşların əsas cavabları “Bəli”, “Çərşənbədə” və “Hər şey yaxşıdır” kimi olsun.
Mən “Esquire”də işlədiyim ilk aylarda bunu anlaya bilmirdim. Hesab edirdim ki, hər bir şəxs suallara vicdanla və ətraflı cavab verməlidir. Ona görə də mənə ünvanlanan “Hansısa məqalə ilə bağlı işlər nə yerdədir?”sualını mən ətraflı izaha çalışır, üzr istəyir və mənə verilməyən suallara da cavab verməyə çalışırdım. Bilmirdim ki, mən “Hər şey yaxşıdır” deyib, sonra isə sadəcə susmalı idim.
İstehsalat iclaslarında bax, belə danışmaq lazımdır.
1. Ş-ş-ş.
2. Ş-ş-ş.
3. Nəsə.
4. Ş-ş-ş.
Əgər ağzınızı açıdınızsa, onda nə olur-olsun təklifi başa çatdırmaq lazımdır. Sonra isə dayanın. Siz isə elə hey danışır və danışırsınız, həmkarlarınız qarşısında qiymətinizi yüksəldirsiniz. Amma, bu səmərəsizdir. Birincisi, siz başqalarına danışmaq imkanı vermirsiniz; ikincisi, nə qədər çox danışsanız, bir o qədər səhvə yol verə və özünüzü xoşagəlməz duruma sala bilmək ehtimalınız çox yüksələr. Belə müşavirələrdə siz öz dəyərliliyinizi çərənçiliklə deyil, qısa ifadələrlə göstərə bilərsiniz. Və siz yalnız qəti əmin olduğunuz şeylər barədə danışmalısınız. Özü də aydın və əminliklə sonra isə susmalısınız.
- Filan layihə ilə bağlı işlər necə gedir?
- Hər şey əladır.
Bu qədər sadə. Hamı razı qalır. Sonra da yola davam.
Lakin unutmayın: əgər. “hər şey əladır” deyəndə və bu belə olmayanda, sonra rəhbərliyi niyə dolaşıqlığa salmağınızla bağlı sizdən hesab soruşa bilərlər. Və bu sizdən ötrü problemə çevrilə bilər. Ona görə də əgər işləriniz həqiqətən əladırsa, “əladır” deyin. Əgər belə deyilsə, sanki “yaxşıdır” və ya “lazımi istiqamətdə gedir” və s. bu kimi xameleon-sözlərdən istifadə edin. (Bu istehsalat müşavirələrində ən geniş yayılmış təcrübədir).
Başlıcası burada – sizin hər şeyin 100% əla olduğuna əminliyinizlə əlaqəlidir.
Bəs nələri heç vaxt və heç bir şəraitdə etmək olmaz.
- Filan layihə ilə bağlı işlər nə yerdədir?
- Hmm, bilirsinizmi...
Baxışların sayı: 13351