Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir

Bir işi necə əldə etməli? (3-cü hissə)

13352 baxış

Bir iş yerini necə əldə etmək haqqında 25 məsləhət



3-cü hissə (2-ci hissəni oxumaq üçün bu keçidə daxil olun)



Hal-hazırda məşğulluq sistemi artıq bir sıra qanunlar külliyyatı xarakteri almışdır və bunlara əməl etməklə, 100  faiz işə düzəlmək mümkündür. Bir işi necə əldə etmək olar, işəgötürənlə  necə söhbət etməli və nələr barədə susmaq lazım gəlir – bütün bunlar barədə bugünkü məqalədə.



Əlaqələrdən istifadə edin



Hətta sizə elə gəlirsə ki, tanışlarınızın dairəsi çox məhduddur və onlardan iş axtarışı məqsədilə istifadə etmək perspektivsizdir, bütün hallarda iş axtardığınızı maksimum çox sayda adama söyləyin. Şeytan nə ilə zarafat etmir ki? “Sarafan radiosu” ən gözlənilməz şəkildə işləyə və gözləmədiyiniz zaman sizə kömək edə bilər. Ən gözlənilməz və xoş təkliflər ala bilərsiniz.



Hər işə razılıq verməyin



Hətta böhran şəraitində belə öz arzularınızın işini axtarmağı davam etdirin. Aydındır ki, iqtisadi vəziyyət bəzən öz sərt tələblərini diqtə edir. Amma, kompromisə gedib və öz axtarış kriteriyalarınızı yumşaldıb, başlıca məqsəddən  geri çəkilməyin – bu sizin istədiyiniz və bacara biləcəyiniz bir iş olmalıdır. Əks təqdirdə, siz daim diskomfort vəziyyətində olacaq, qəzəb, stress içində yaşayacaq və pis əmək məhsuldarlığı əldə edəcəksiniz.



Müsahibədə uyğun görünün



Sizin iti zəkanıza və əla bacarıqlarınıza baxmayaraq, potensial işəgötürənin müsahibədə gördüyü ilk şey sizin zahiri görünüşünüz olacaq. Zahiri görkəminiz şirkətlərin ruhuna və statusuna, eləcə də sizin iddia etdiyiniz vəzifəyə müvafiq gəlməlidir. Kostyum lazım olan yerdə, kreativə yer olmayacaq və ya əksinə. Hətta azad stil belə pintilik sayılmır – amma, bu hər yerdə keçərli olmur.



Müxtəlif sosial şəbəkələrdən istifadə edin



 “Odnoklassniki”, “Facebook”, “V kontakte” və digər sosial şəbəkələr təkcə əyləncə yeri deyil – onlar iş axtarışlarında da fayda gətirə bilər. Birincisi, orada özünüz potensial işəgötürəni tapa və onunla bağlı nələrsə öyrənə və hətta dostlaşa bilərsiniz. İkincisi, şirkətlərin əməkdaşlarını axtara bilərsiniz və onlardan arzu etdiyiniz işlə bağlı çoxlu sayda maraqlı informasiya, şirkətlərin idarəetmə stili və digər insayder məlumatları toplaya bilərsiniz.



Təşəbbüskar olun



Sizi maraqlandıran vakansiya ilə bağlı CV göndərdikdən sonra “dənizdən hava məlumatı haqda informasiya” gözləməyin. Özünüz kadrlar şöbəsinə zəng edin və sənədinizin ora çatıb-çatmadığı ilə maraqlanın. Bir daha özünüzü bəyan etməklə kütlədən seçilmək şansınızı artıra və gözə çarpa bilərsiniz. Eləcə də müsahibədən sonra da: ilk zəng etməkdən və nəticəni öyrənməkdən qorxmayın.



Peşənizi dəyişin



Axtarış ərəfəsi – bu, özünüzü yeni sahədə sınamaq və vaxtilə arzu etdiyiniz bir peşəni xatırlamaq üçün əla şansdır. Ola bilsin ki, yeni nəyisə sınaqdan keçirmək, təzə səhifədən başlamaq və həyatınızı tamamilə dəyişdirmək zamanı gəlib çatıb. Ola bilsin ki, məhz, yeni peşə elə sizin həqiqi vəzifəniz olacaq.



Əlavə çalışmaqdan və müvəqqəti işlərdən çəkinməyin



 İş axtarışları uzanırsa, hələlik əlavə bir işdə çalışmaq və ya müvəqqəti işləmək olar. Birincisi, bu sizə əlavə qazanc gətirə və acından ölməməyə kömək edə bilər. İkincisi, fikrinizi bezikdirici axtarışlardan, müsahibə və zəng etmələrdən yayındıra bilər. Üçüncüsü, sizi xoş əhvalda saxlayar və peşəkar anlamda həyatdan geri qalmağınıza imkan verməz.



Biliklər sahəsində boşluqları doldurun



Müvəqqəti sakitlikdən özünü təhsil üçün istifadə etmək olar və bu çox lazımdır. Əgər öz zəif tərəflərinizi bilirsinizsə, onda iş axtarışı zamanı onların üzərində işləməyin əsil vaxtıdır: ədəbiyyat oxumaq, interneti dərindən öyrənmək və s. Və o zaman siz yeni vəzifə üçün daha məlumatlı və hazırlıqlı olacaqsınız.



Bağlı qapılardan heç vaxt çəkinməyin



Hətta əgər bəzən sizə elə gəlirsə ki, heç nə alınmayacaq, ruhdan düşməyin. Əgər həqiqətən öz arzularınızın şirkətində işləmək istəyirsinizsə, siz ona çata bilərsiniz. Və əgər birdən qapı bağlıdırsa, onda nəfəslikdən istifadə edin.