Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Baş mexanik

1000 - 1500 AZN

Superfon

Baxışların sayı: 95

Elan #16856

Şəhər
Gəncə
Yaş
25 - 45 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Orta texniki
İş təcrübəsi
5 ildən artıq
Elanın tarixi
25.04.2024
Bitmə tarixi
24.05.2024
Əlaqədar şəxs
HR
Kateqoriya
Sənaye və kənd təsərrüfatı
Alt kateqoriya
Digər

İş barədə məlumat

• Mexaniki problemlərin növləri və onların yaranma səbəblərini aşkar etmək;
• Aparılan təmir işlərinin qeydiyyatını aparmaq və hesabatlar təqdim etmək;
• Mexaniklərin və çilingərlərin təlimatlandırılması və onların işlərinə nəzarət;
• İşlərin icrası zamanı təhlükəsizlik qaydalarına və normalarına əməl etmək;
• Gündəlik görülən işlər barədə hesabatların təqdim olunması;
• Əmanət edilmiş maddi, texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq;
• Təmir edilmiş avtomobilin istismara buraxılmadan qabaq bütün texniki vəziyyətini əsaslı surətdə yoxlamaq, sınaqdan keçirmək və işə yararlılığını müəyyən etmək;
• Rəhbərlik tərəfindən verilən tapşırıqların icra edilməsi.

Təminatlar:
• Nahar ilə təmin edilmə;
• Əmək bazarına uyğun rəqabətli əməkhaqqı;
• Korporativ mobil nömrə;
• İş rejimi növbəli.

Namizədə tələblər

• Şəxsi nəqliyyat vasitəsinin olması;
• Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
• Müvafiq aktların bağlanılması, kilometrajin aparılması qaydalarını bilmək;
• İstehsalçıların təmir işlərinə dair kitabından istifadə etməyi bacarmaq;
• Sürücülük vəsiqəsi : BC.


Müraciət qaydaları: CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını Baş mexanik yazıb göndərməklə müraciət edə bilərsiniz.

Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.