Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Ofisiant

300 - 400 AZN

Papa John's Azerbaijan

Baxışların sayı: 102

Elan #16848

Şəhər
Bakı
Yaş
21 - 30 yaş
Cins
Fərqi yoxdur
Təhsil
Orta
İş təcrübəsi
1 ildən aşağı
Elanın tarixi
24.04.2024
Bitmə tarixi
23.05.2024
Əlaqədar şəxs
Rəhimə Qurbanova
Kateqoriya
Xidmət
Alt kateqoriya
Kafe və Restoran

İş barədə məlumat

İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür:
• Masalara qab-qacağı, yemək-içməyi düzür (servirovka) və vaxtında masanı yığışdırır;
• Restoranda və ona bitişik ərazidə təmizliyi və nizam-intizamı təmin edir;
• Süfrə və əl silən salfetləri çirkləndiyi zaman vaxtında dəyişdirir;
• Ədviyyat ləvazimatlarını gündəlik yoxlayır və doldurur;
• Masa süfrəsini müştəri gedən kimi tozsoranla təmizləyir və onu növbəti müştəri üçün hazırlayır;
• Müştəriyə, yeməklərin və içkilərin seçilməsində peşəkar surətdə kömək edir;
• Sifarişçini, sifariş edilən yeməklərin hazırlanma vaxtı ilə tanış edir;
• Sifariş edilən yeməyi müştəriyə gətirir;
• “Haqq-hesab” üzrə sifarişin son məbləğini çıxardır;
• Haqq-hesabı müştəriyə təqdim edir və onunla sifarişə görə tam hesablaşmanı aparır;
• “Haqq-hesabları” vaxtında xəzinədara, qeyd edilməsi üçün təhvil verir;
• Zalda təmizliyi saxlayır.

İş şərtləri:
6 günlük iş həftəsi.
Növbəli iş rejimi.
İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Forma şirkət tərəfindən təqdim olunur.

Namizədə tələblər

Papa John’s Azərbaycan, tanınmış Amerika brendi olan, Daha yaxşı inqrediyentlər daha yaxşı pizza şüarı ilə addımlayan, pizza restoranlar şəbəkəsi Ofisiant vakansiyasını elan edir:

Tələblər:
• Komandada işləmək bacarığı;
• İşə qarşı məsuliyyətli olmaq.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) Ofisiant mövzusu altında hr@papajohns.az elekton ünvanına göndərə bilər və mob. telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.