Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Korporativ müştəri meneceri

1500 - 2000 AZN

Moon Group MMC

Baxışların sayı: 250

Elan #16814

Şəhər
Bakı
Yaş
25 - 35 yaş
Cins
Qadın
Təhsil
Ali
İş təcrübəsi
1 ildən 3 ilə qədər
Elanın tarixi
19.04.2024
Bitmə tarixi
18.05.2024
Əlaqədar şəxs
HR
Kateqoriya
Satış
Alt kateqoriya
Digər

İş barədə məlumat

• Bazar araşdırması etmək və yeni korporativ müştəri potensialı olan şirkətləri müəyyən etmək, həmin şirkətlərlə görüşlər təşkil etmək, onları əməkdaşlığa cəlb etmək;
• Mövcud müştəri portfelini idarə etmək, uzun müddət əməkdaşlıq olmadığı hallarda səbəbləri müəyyənləşdirmək, yenidən əməkdaşlıq üçün təkliflər vermək;
• Korporativ müştərilərlə ilkin razılıq danışıqlarını apardıqdan sonra onları müştəri menecerlərinə ötürmək;
• Daha çox effektivlik əldə etmək məqsədi ilə cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
• Görülmüş işlər üzrə hesabatlar vermək;
• Rəhbərin tapşırıqlarının yerinə yetirilməsi və gündəlik hesabatların verilməsi.
İş qrafiki: həftənin 6 iş günü, saat 09:00-dan - 18:00-dək, nahar fasiləsi-13:00-dan - 14:00-dək, (bazar günü -istirahət günü)
Əməkhaqqı: 1500-2000 AZN
İşçi əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilir.
Şirkət mətbəə, promo və reklam sahəsi üzrə fəaliyyət göstərir.
Ünvan: Nəsimi rayonu, Hüseynbala Əliyev 117B, 117C

Namizədə tələblər

• Xanım nazimədlər tələb olunur;
• Təhsil dərəcəsi: ali;
• Yaş həddi: 25-35;
• Təcrübə: 1-3 il;
• Microsoft Word, Excel proqramları üzrə biliklər;
• Yüksək ünsiyyət qabiliyyətinə malik olmalı;
• Korporativ danışıq üslubuna malik olmalı;
• Əzmli, qətiyyətli, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
• Səliqəli, punktual, gülərüz, xoş görünüşlü olmalı;
• Şəxsi avtomobili olan kadrlara üstünlük verilir, nəqliyyat xərcləri şirkət tərəfindən qarşılanacaqdır.

Qeyd: şəkilli CV-nizi mövzu yerinə Korporativ müştəri meneceri yazaraq hr@moongroup.az - elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.